Bakıda sərnişin avtobusu aşıb

Bakının Səbail rayonu Badamdar qəsəbəsində 5 saylı avtobusun aşması nəticəsində 9 sərnişin yaralanıb.

APA-nın məlumatına görə, hadisə şənbə günü saat 15:00 radələrində qəsəbədəki "City Market” adlı mağazanın qarşısında baş verib.

Qəzanın dəqiq səbəbi hələlik bəlli deyil.