Avqustun 19-da UEFA Avropa Liqasının pley-off mərhələsində güclü rəqib – Dortmundun «Borussiya» komandası ilə qarşılaşacaq «Qarabağ» klubunun azarkeşləri həyəcanlıdırlar. Azarkeşlərin bu oyundan gözlədikləri isə qələbədir:
«QARABAĞ»IN QƏLƏBƏSİNİ GÖZLƏYİRİK
- Gözləyirik ki, «Qarabağ» qalib gəlsin, çünki güclü komandadır.
- Ancaq qələbə gözləyirik.
- Rəqib nə qədər güclü olsa da «Qarabağ»ın qələbəsini gözləyirik.
- «Borussiya» güclü komandadır, ancaq bu oyunda «Qarabağ» ondan da güclü olacaq.
- Hər şey ola bilər, istədiyimiz nəticə də ola bilər.
- Çox istərdik qələbə qazanaq, oyundur, bilmək olmaz, bəlkə də oldu.
- Qismət Allahdan.
- Məncə, «Qarabağ» bu mərhələni keçsə, bütün Azərbaycan üçün qələbə olar.
«Qarabağ» klubunun heyəti avqustun 16-dan Almaniyadadır. Komandanın baş məşqçisi Qurban Qurbanov deyir ki, rəqib güclü olsa da, komanda əzmkar oyun göstərməyə çalışacaq:
MÜMKÜNSÜZ HEÇ NƏ YOXDUR
- Əlbəttə, çox güclü rəqibdir. Ən azından bu qarşılaşmada maraqlı bir oyun nümayiş etdirməyə, sona kimi əzmkar mübarizə aparmağa çalışacağıq.
Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Həyatda mümkünsüz heç nə yoxdur və futbolda da mümkünsüz heç nə yoxdur.
«Qarabağ» pley-off mərhələsinə avqustun 5-də Polşanın «Visla» klubuna 3:2 hesabı ilə qalib gələndən sonra çıxıb. Bununla da Azərbaycanın futbol tarixində Avropa kubokları yarışlarında 3 mərhələni adlayan ilk komanda olub. Uzun illər Azərbaycan yığma komandasının baş məşqçisi olmuş Vaqif Sadıqov deyir ki, komandanın bu 3 mərhələdə məğlub olmaması da «Borussiya» ilə oyuna olan ümidləri artırır:
«QARABAĞ» TARİX YAZIR
- «Qarabağ» ildən-ilə çox gözəl futbol nümayiş etdirməklə tarix yazır. İnanıram ki, bu oyunda da komanda əlindən gələni edəcək. Yeni bir tarix yazmaqla Avropada əsl mənada Azərbaycan futbolunun olduğunu sübut edəcək. Düzdür, rəqib də çox güclüdür. İki oyunun nəticəsi çox vacibdir. Hesab edirəm ki, bunu Qurban Qurbanov da, onun yetirmələri də dərk edilər. Məncə, əllərindən gələni edəcəklər ki, ən azı məğlub olmasınlar. Cavab oyununda isə son damğanı vurmaqla yeni tarix yazarlar.
Futbol şərhçisi, «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli isə deyir ki, «Qarabağ» bu qarşılaşmadan minimal hesabla məğlubiyyətlə dönsə belə, cavab görüşündə nəyəsə ümid eləmək olar:
ÜMİDLİYƏM
- «Qarabağ»ın bu mövsümdə Avroliqadakı çıxışı ətrafında müəyyən bir emosional yüksəliş var. Açığı, mən ilk növbədə bütün idman elementlərindən, göstəricilərindən əlavə məhz bu amilə inanıram. Əlbəttə, «Borussiya» «Qarabağ»la müqayisədə daha səviyyəli komandadır. Müxtəlif parametrlər üzrə heç şübhəsiz bizimkiləri qabaqlayır, nəhayət, doğma divarlar amili də var.
Amma mən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun bacarığına da müəyyən qədər inanıram. «Qarabağ» futbolçularının ölkənin yeganə təmsilçiləri olduqlarını dərk edəcəklərinə inanıram. Buna görə də bir qədər ümidliyəm.
BUKMEKERLƏR NƏ DEYİRLƏR?
Bukmekerlər də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Qol.Az saytı yazır ki, «Borussiya» - «Qarabağ» cütlüyünün də şansları dəyərləndirilib. Lakin bukmekerlerin fikrincə, Ağdam klubunun qalib gəlmək şansı çox azdır.
Məsələn, Rusiyanın «marathonbet.com» bukmeker saytı Almaniyada keçiriləcək oyunda «Borussiya»nın qələbəsini 1.15, məğlubiyyətini – yəni «Qarabağ»ın qalib gəlməsini isə 21.00 əmsalla qiymətləndirib. Heç-heçəyə pul qoyanlar isə əmanətlərini 8.50 dəfə artırmaq imkanı əldə edəcəklər.
«Gamebookers.com» saytı da meydan sahiblərinin qələbəsini 1.15-lə dəyərləndirib. Heç-heçəyə 6.50, «Qarabağ»ın qələbəsinə isə 12.00 əmsal balı veriblər.
«Borussiya» –«Qarabağ» qarşılaşması avqustun 19-da Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Cavab oyunu isə avqustun 26-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu mərhələdə qalib gələn klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.