Türkiyə prezidenti Zaqatala və Şəkidə olub

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana rəsmi səfəri çərçivəsində avqustun 17-də respublikanın şimal-qərb bölgəsində olub.

Türkiyə dövləti başçısının səfəri Zaqataladan başlayıb.

Sonra qonaq və onu müşayiət edən nümayəndə heyəti Şəkiyə yola düşüb.

Xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.