Berti Foqts Moskvaya gedib

Azərbaycan milli futbol komandasının baş məşqçisi Berti Foqts ÇSKA - "Anji" oyununu izləmək üçün Moskvaya gedib.

Rusiya Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək oyun bu gün Bakı vaxtı ilə 21:30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvü Mahir Şükürov Mahaçqalanın "Anji" klubunda oynayır.

/ANS/