HƏFTƏNİN FOTOLARI - 7-13 AVQUST

Yerli sakin alovu söndürür. Moskvada rekord istilərin yaratdığı meşə və torf yanğınları azı 52 nəfərin ölümünə səbəb olub, 4000-dən çox adam evsiz qalıb.

Foto: Mixail Voskresenski (Reuters)

Daşqınlardan qaçan pakistanlı uşaqlar pulsuz yemək alırlar. Pakistandakı daşqınlar 14 milyonadək insana ziyan vurub. Fəlakətin miqyası 2004-cü il sunamisindən daha böyükdür.

Foto: Asif Hassan (AFP)

Moskva sakini özünü qatı tüstüdən qorumaq üçün maska taxıb. Həkimlər deyiblər ki, işlərini itirmək qorxusundan tüstüdən əziyyət çəkən xəstələrə diaqnoz qoymaqdan çəkinirlər. Bununla da fəlakətin əsl miqyasının gizlənildiyinə eyham vururlar.

Foto: Aleksandr Demyançuk (Reuters)

Pakistanlı ailə çətinliklə sel sularının içərisi ilə Puncab əyalətini tərk edir. İki həftə əvvəl başlamış şiddətli musson yağışlarının törətdiyi daşqınlar 1000 km ərazini viran qoyub.

Foto: Adrees Latif (Reuters)

Moskvadan 340 km arada yerləşən Ryazan vilayətində yanğınsöndürən zəmini gəzir. Havanı isə meşə yanğınının tüstüsü örtür.

Foto: Denis Sinyakov (Reuters)

Daşqın qurbanı sel basmış Puncab əyalətindən dəmir boşqabla üzərək qaçır. Daşqınlar Xiber Paxtunxva və Puncab əyalətlərində milyonlarla hektar məhsulu yuyub aparıb, kəndləri basaraq yol və körpüləri uçurub.

Foto: M.K. Çaudhari (epa)

Puncab əyalətində oğlan qardaşını qucağına alıb. Daşqın qurbanları yolun kənarında sürücülərdən yemək dilənirlər.

Foto: Adrees Latif (Reuters)

Pakistanlı Nuşra Humayun səhra hospitalında əkiz körpələrini qoruyur. Onlar daşqın qaçqınları üçün düşərgəyə çevrilmiş kollecdə doğulublar. Pakistan hökuməti deyir ki, daşqınlar birbaşa və ya dolayısilə 14 milyon adama zərər vurub. Uşaqlı insanlar xüsusilə köməksizdirlər.

Foto: Bəhruz Mehri (AFP)

Polis avqustun 12-də Moskvanın mərkəzində nümayiş vaxtı müxalifət fəalını saxlayır. Müxalifətçilər «Hiddət Günü» adlanan icazəsiz yürüş keçirib, Moskva meri Yuri Lujkovun istefasını tələb ediblər.

Foto: y Denis Sinyakov (Reuters)

Avqustun 12-də «Kursk» sualtı qayığının qəzaya uğramasının 10 ili tamam olur. Bu qadın Vidyayevo hərbi bazasında ölənlərin xatirəsini anır.

Foto: Lev Fedoseyev (ITAR-TASS)