AZAL-ın təyyarəsi İstanbul Hava limanında zolaqdan çıxıb

Azərbaycan Hava yollarının sərniuşin təyyarəsi İstanbul Hava limanına enişdə zolaqdan çıxıb.

Məlumata görə, Bakı-İstanbul reysiylə uçan Airbus319 təyyarəsi yerli vaxtda saat 11-də aeroporta enməyə çalışıb. 05-23 nömrəli zolağa enən təyyarə sonra aeroporun əsasn binasına tərəf dönməyə çalşarkən yoldan çıxıb.

Təyyarənin ön tərəfi zədələnsə də, sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlər təyyarənin təcili çıxış qapılarından evakuasiya ediliblər.