Daşqın zonasındakı məscidlərin siyahısı hazırlanıb

Daşqın zonasındakı məscidlərin siyahısı hazırlanıb

Qafqaz Müsəlmanlari İdarəsi su basan ərazilərdəki məscidlərin siyahısını hazırlayıb.

Bərpa işlərinin aparılması üçün həmin siyahı artıq Fövqəladə Hallar Nazirliyinə təqdim olunub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinə istinadən AzərTac məlumat yayıb.

Amma idarə nə qədər məscidin daşqınlardan zərər çəkdiyi barədə məlumatları mətbuata açıqlamayıb.