HƏFTƏNİN FOTOLARI - 31 İYUL - 6 AVQUST

Rusiya hərbçiləri Moskvadan 200 km cənub-şərqdə, Qus-Xrustalnı şəhəri yaxınlığında meşə yanğınlarının qarşısını alarkən nəfəslərini dərirlər. Həmin yanğınlarda azı 50 adam ölüb.

Foto: Yiri Koçetkov (epa)

Ryazan vilayətində, Qolovanovo kəndi yaxınlığında bir kişi avqustun 5-də meşədə gəzir. Rusiya prezidenti Dmitri Medvedev Rusiya tarixində ən pis meşə yanğınlarına görə yüksək rütbəli hərbçiləri işdən çıxarıb.

Foto: Nataliya Kolesnikova (AFP)

Moskvadan kənarda, Zelyonaya Slobodada Rusiya Pravoslav kilsəsi yaxınlığında yanmış meşədə işıq zolaqları.

Foto: Artyom Korotayev (AFP)

Pakistanda sel qurbanları su basmış Novşera yaxınlığında bəzi əşyalarını xilas etmək istəyir. Pakistan xəstəlik təhlükəsi ilə üz-üzədir, 3.2 milyon adam illərdən bəri görünməmiş daşqından zərər çəkib.

Foto: A.Məcid (AFP)

Avqustun 3-də Moskvada bəy və gəlin toy günlərində sərinləmək üçün fəvvarəyə giriblər. Rusiya paytaxtında temperatur 36 dərəcəyə çatıb.

Foto: Boris Yelenin (AFP)

Rus paraşütçüləri avqustun 2-də Hava Qüvvələri Günündə Qorki parkında fəvvarədə çimirlər.

Foto: Yuri Timofeyev (AzadlıqRadiosu)

Bu qadın Yuriyevoda, Minskdən 75 km şimalda buğda yığır.

Foto: Viktor Draçyov (AFP)

4 avqust. Həmədanda İran prezidenti Mahmud Əhmədinejatın maşın karvanının yanında partlayış. Bir nəfərin əl qumbarası ilə onun maşınına hücum etdiyi bildirilir. İran rəsmiləri bu məlumatı təkzib edirlər.

Foto: Reuters

Pakistanda sel qurbanı - 88 yaşlı Tac Bibi evinin qapısında oturub yardım gözləyir. 5 avqust.

Foto: Axtar Sumro (Reuters)

3 avqust. Gürcüstan prezidenti Mixeil Saakaşvili oğlu Nikoloz ilə birlikdə Abxaziya ilə sərhəddə yerləşən Anaklia kəndi yaxınlığında, Qara Dəniz sahilində istirahət edir.

Foto: İrakli Gedenidze (Reuters)

Qırğız polisi avqustun 5-də Bişkek yaxınlığında biznesmen və siyasi lider Urmat Barktabasovun tərəfdarlarını gözyaşardıcı qazla dağıdır. Polis hökumət əleyhinə çıxanları dağıtmaq üçün havaya atəş də açıb.

Foto: Vyaçeslav Oseledko (AFP)

Xirosima faciəsindən salamat çıxan yapon cütlük avqustun 6-da, hücumun 65-ci ildönümü mərasimində qurbanların xatirəsini yad edir.

Foto: Kimimasa Mayama (epa)