Rusiyada meşə yanğınlarına görə paytaxt Moskvanı da tüstü dumanı bürüyüb. Avqustun 6-da tüstüdən görüş məsafəsi azaldığından Moskva aeroportlarında enməli olan 60-a yaxın təyyarə istiqamətini dəyişməli olub.
Ən böyük hava limanı olan Domodedovo rəsmiləri azı 15 təyyarənin istiqamətini dəyişməli olduqlarını deyib.