Rusiyada ölənlərin sayı 52-nəfərə çatıb

Rusiyada meşə yanğınlarında ölənlərin sayı 52 nəfərə çatıb. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalarda 43 nəfər yaralı var.

Ölkə ərazisində 550 yanğın ocağı qalır, onlardan 116-sı mərkəzi regionlardadır.

Bütövlükdə Rusiyada meşə yanğınları 180 min hektar ərazini əhatə edir.

Meşə yanğınlarının söndürülməsinə Ukrayna, Qazaxıstan, Azərbaycan, Ermənistan, İtaliya, Almaniya və başqa dövlətlərin köməyi davam edir.