Türkiyə səfirliyi azərbaycan jurnalistlərini mükafatlandırıb

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə bağlı 30-a yaxın mətbuat nümayəndəsini mükafatlandırıb.

APA-nın məlumatına görə, səfir Hülusi Kılıc mərasim zamanı Türkiyə-Azərbaycan münasibətlərinin tarixi və bugünkü vəziyyətindən danışıb.