Meksika Körfəzindəki sualtı quyu bağlanır

Meksika Körfəzindəki sualtı quyunun daimi bağlanması prosesinin ilk mərhələsi uğurla başa çatıb. BP bildirir ki, bu proses palçığa oxşayan xüsusi qazma mayesinin quyuya axıdılması ilə həyata keçirilir. Sonra isə onun üstü sementlə örtülür.

BP əməliyyatın plana uyğun şəkildə həyata keçirildiyini bildirir.