Bütün gecə davam edən atışmada 40-dan çox adam həlak olub

Pakistanın Şİmal-Qərbindəki təbii fəlakətdən başqa, ölkənin cənubunda – Kəraçidə silahlı qarşıdurma zəminində 40-dan çox adam həlak olub. Avqustun 2-dən 3-nə keçən gecə şəhərdə başqalan silahlı toqquşmalarda yaralıların sayı da 80-i keçib. Şəhərdə mağazaların şüşələri sındrılıb, avtomobillər yandırılıb.

Toqquşmalar yerli deputatın məsciddəki yas mərasimində güllələnməsindən sonra başlayıb. Səhərə kimi şəhərdə silah səsləri eşidlib.
Hökumət şəhərə qoşun yeridib, məktəblər bağlıdır.