ABŞ ordusu yaxın vaxtlarda Əfqanıstandan çıxmayacaq

ABŞ ordusu 2011-ci ilin iyulunda Əfqanıstanı tərk etməyəcək. Bunu ABŞ-ın müdafiə naziri Robert Qeyts ABC televiziyasına müsahibəsində deyib. Qeyts Amerika qoşunlarının yalnız bir hissəsinin çıxarılmasının mümkünlüyündən danışıb.

Müdafiə nazirinin sözlərinə görə, Əfqanıstandakı qoşunların sayının azaldılması oradakı hərbi əməliyyatların uğurundan asılı olacaq. “Biz uğur qazandıqca, qoşunların çıxarılmasını sürətləndirəcəyik” - deyə Qeyts bildirib.