Yüksək rütbəli polis zabiti evində öldürülüb

Ötən gecə Mahaçqalada milis podpolkovniki öldürülüb.

İnterfaks agentliyinin məlumatına görə, 3 nəfər naməlum şəxs Dağıstan Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin əməkdaşı Yunus Xulatayevin evinə soxularaq onu öldürüb, həyat yoldaşıyla oğlunun əl-qolunu isə bağlayaraq aradan çıxıblar.

Şənbə günü isə Qarabudaqkənd rayonunda xüsusi təiyantlı polis qüvvələrinin maşın karvanının atəşə tutulmasə nəticəsində 12 milis yaralanıb.