HƏFTƏNİN FOTOLARI - 24-30 İYUL
20 il əvvəl Belarus parlamenti Suverenlik Bəyannaməsi adlı sənəd qəbul etdi. 2010-cu il iyulun 27-də Belarus müxalifəti bu hadisənin ildönümü ilə əlaqədar Minskdə yürüş keçirmək istədi. Polis aksiyanı dağıdaraq, onun iştirakçılarını həbs edib. Fotoqraf Viktor Draçevin (AFP) aksiya dağıdılarkən çəkdiyi bu fotoda yerə yıxılan yaşlı qadın göz yaşları içindədir.
Moskva ətrafındakı torf yanğınları Rusiya paytaxtını da tüstü dumanına bürüyüb. Foto iyulun 26-da Qızıl Meydanda çəkilib. Müəllif: Sergey Kapuxin («Reuters»)
Meşə yanğınları Rusiyada yüzlərlə evi də məhv edir. Volqa sahillərində, Nijni Novqorod vilayətinin Viksa qəsəbəsinin bu sakini yanğına qarşı aciz qalıb çarəsiz yerdə oturur. Arxasında yanğın onun evini külə çevirmək üzrədir. Foto iyulu 29-da çəkilib. Müəllif: Mixail Voskresenski («Reuters»)
Hər il olduğu kimi, bu il də minlərlə dindar şiə müsəlmanlarının müqəddəs saydığı 12-ci imam - İmam Mehdinin qəbrini ziyarət etməyə gəlir. İraqın Kərbəla şəhərində yerləşən bu sitayiş yerindən foto iyulun 27-də çəkilib. Müəllif: Müştəq Məhəmməd («Reuters»)
Pakistanın Bəlucistan vilayətindəki güclü yağışlar daşqınlara və selə gətirib, təbii fəlakət nəticəsində 50 nəfərin həlak olduğu bildirilir. «Reuters» agentliyinin bu fotosunda daşqın zonasından əhalinin xilas olunmasından dramatik bir epizod qeydə alınıb.
Əfqanıstanın Qəndəhar əyalətinin Saidon Kalaçeh kəndi. 28 iyul 2010. Balaca kənd sakini jurnalistin kamerasına olan marağını gizlədə bilmir. Müəllif: Bob Stronq
Moskva yaxınlığındakı Ximki meşəsində ağacların kəsilməsinə etiraz edən ictimaiyyət fəalları iyulun 26-da mülkigeyimli naməlum şəxslərin hücumuna məruz qalıb. Müəllif: İqor Podqornıy («Reuters»)
Rusiyanın Baş naziri Vladimir Putin Ukraynanın Sevastopol şəhərində keçirilən bayker yürüşündə iştirak edərək, «Harley Davidson» markalı bahalı motosiklet sürür. Müəllif: Aleksey Pavlişak (ITAR-TASS)
Əfqanıstanın paytaxtında küçə futbolu. 28 iyul 2010. Müəllif: Yuri Kortez (AFP)
Rusiya Pravoslav Kilsəsinin başçısı, Patriarx Kiril Ukraynaya 9 günlük səfəri zamanı yerli pravoslav kilsələrində keçirilən dini mərasimlərdə iştirak edir. İyulun 27-də Kiyevdə olan Patriarx Kiril dini mərasim zamanı havaya sülh göyərçini buraxarkən fotoqraf Sergey Doljenkonun (epa) obyektivi bunu həkk edib.
Patriarx Kirilin Ukraynaya səfərinə etiraz edən «Svoboda» (Azadlıq) millətçi təşkilatın üzvü həbs olunur. Bu zaman o, etirazını Patriarx Kirilin fotosunu üzünə tutmaqla bildirir. 26 iyul 2010. Kiyev. Müəllif: Konstantin Xemiçkin («Reuters»)
ABŞ ordusu 101-ci hava desant bölməsinin əsgərləri Əfqanıstanın Ərqəndab dərəsində xüsusi əməliyyat keçirir. İyulun 30-da ərazidəki döyüşlərdə iki Amerika əsgəri yaralanıb. Müəllif: Bob Stronq («Reuters»)
Pekin yaxınlığında Çin Xalq Ordusunun mühəndis-istehkam hissələrinin təlimi. İt təlimatçının əllərinin arasından tullanır. Müəllif: Frederik C. Braun (AFP)
«Heyvanlarla etik davranış uğrunda» təşkilatı (PETA) Nyu-Yorkun mərkəzində etiraz aksiyası keçirib. İyulun 27-də təşkilatın fəalları üstlərinə qırmızı rəng töküb ət qablaşdırılmasını imitasiya ediblər. «Siz ət yeyirsiniz deyə, milyardlarca heyvanı vəhşicəsinə öldürürlər». Müəllif: Timoti Kleri (AFP)