Vaşinqton İranla danışıqların davam etdirilməsinə hazırdır

Birləşmiş Ştatlar Avropa Birliyinin İranla danışıqları bərpa etmək çağırışını dəstəkləyib.

Dövlət Departamentinin nümayəndəsi Filip Krouli bildirib ki, Vaşinqton İranla 6 aparıcı dünya ölkəsi arasında dialoqun davam etdirilməsinə hazırdır.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Ketrin Eşton bundan əvvəl İranın nüvə proqramıyla bağlı danışıqları bərpa eləməyə çağırmışdı.