Almaniya Türkiyəni Avropa Birliyinə üzvlük şərtlərini yerinə yetirməyə çağırıb

Almaniya Türkiyəni Avropa Birliyinə qoşulmaq üçün şərtləri yerinə yetirməyə çağırıb.

Almaniyanın xarici işlər naziri Qido Vestervelle İstanbulda bildirib ki, bu prossesə vaxt məhdudiyyəti qoyulmayıb və avtomatik də deyil.

Böyük Britaniyanın baş naziri Devid Kamerun bundan bir gün öncə Türkiyəyə səfəri zamanı ölkənin Avropa Birliyinə qoşulmasıyla bağlı danışıqların ləng getməsindən narazılığını bildirimişdi.