Təyyarə qəzasında sərnişin və heyət üzvlərinin hamısı ölüb

Pakistanda baş vermiş təyyarə qəzasında sərnişin və heyət üzvlərinin hamısı ölüb.
Bu barədə Pakistan rəsmiləri xəbər verirlər.

Təyyarədə 146 sərnişin və 6 heyət üzvü olub.

Karaçidən ölkə paytaxtı İslamabada gələn təyyarə yerə enərkən şəhərin 2 kilometrliyində dağa dəyib.

Bundan əvəl 5 nəfərin sağ qalmasıyla bağlı verilmiş məlumat təsdiqlənməyib.

İlkin ehtimala görə qəzaya səbəb pis,yağışlı hava şəraiti olub.

Airbus 312 təyyarəsi böyüklüyünə görə ölkədə ikinci olan Airblue şirkətinə məxsusdur.