Əfqanıstanda adamla dolu avtobusda partlayış olub

Əfqanıstanda bu səhər avtobusda partlayış olub, 25 dinc sakin ölüb, daha 27-si yaralanıb.

Hadisə Əfqanıstanın cənub-qərbində Nimroz vilayətində baş verib.

Rəsmilər partlayışın yolda qoyulan partlayıcının işə düşməsi nəticəsində baş verdiyini bildirib.

Hadisəni Talibanın törətdiyi ehtimal olunur.