Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyasının vaxtı uzadılıb

Avropa Birliyi Gürcüstandkı müşahidə missiyasının vaxtı 1 il də uzadılıb.

Avropa Birliyiyinin yaydığı məlumata görə, Gürcüstanın separatçı bölgələriylə sərhəddə imzalnan atəşkəs rejiminə nəzarət səlahiyyətləri 2011-ci ilin sentyabrına qədər artırılıb. Birliyin Cənubi Osetiya v Abxaziya separatçı bölgələrinin sərhədlərində 225 müşahidəçisi var.

Bu arada Cenevrədə Rusiya, Gürcüstan, Cənubi Osetiya və Abxaziya separatçılarının da iştirak elədiyi danışıqlar keçirilib. Danışıqlarda BMT, Avropa Birliyi, ATƏT vasitəçilik eləyir.