İlham Əliyev «Twitter»ə qoşulub

İlham Əliyev

Prezident İlham Əliyevin «Twitter» sosial şəbəkəsində Azərbaycan dilində hesabı açılıb.

Bu barədə «1 news»a Prezident Administrasiyasından bildiriblər. Bundan əvvəl mikrobloqun ingilis dilli versiyası istifadəyə verilmişdi.

Mikrobloqda prezidentin çıxışlarına, onun iştirakı ilə keçilən tədbirlərdən yazılar, həmçinin videomateriallara keçidlər yerləşdiriləcək.

Bundan başqa, mikrobloqun abunəçiləri prezident İlham Əliyevin bəyanatlarını izləyə biləcək.

Prezident Administrasiyası prezidentin «Twitter»də Azərbaycan dilli səhifəsinin yaradılmasını Azərbaycan ictimaiyyəti ilə əlaqələrə, həmçinin yeni kommunikasiya formalarından istifadəyə artan diqqətlə izah ediblər.