İtkin düşmüş ABŞ hərbçilərindən birinin meyiti tapılıb

NATO-nun Əfqanıstandakı komandanlığı bildirib ki, itkin düşmüş iki amerikalı hərbçidən birinin meyiti tapılıb. İkinci hərbçinin axtarışı davam etdirilir.

Amerikalı hərbçilər iyulun 23-də Əfqanıstanın şərqindəki Lohar əyalətində talibançıların nəzarət etdiyi ərazidə itkin düşmüşdülər.

Silahlılar bildiriblər ki, itkin düşmüş ikinci hərbçi onların əlindədir.