Bakı və rayonlarda yararsız ərzaq aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları növbəti monitorinqlər keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, monitorinqlər zamanı Nəsimi rayonunda “Sarı market”də, “Mətin market”də, Nərimanov rayonunda “Çinar market”də, “XXI əsr market”də, “Səməd market”də, “Zəhra market”də, “Ruslan market”də, “Hüseyn market”də, “Zəngəzur market”də, “Qədir-xum” kafesində, “Nərmin market”də, Seyfəddin Alıyevə məxsus topdansatış obyektində, “Life market”də, Binəqədi rayonunda “Zeytun market”də, Yasamal rayonunda “İdeal market”də, Qazax şəhərində “7 Qaya market”də, Ağstafa şəhərində Akif Ələkbərova məxsus mağazada, Mingəçevir şəhərində “Sahibim” mağazasında, “Ramil market”də, Qusar rayonunda Şəfa Şıxzadayevaya, Daşkəsən rayonunda Natiq Nəbiyevə, Balakən şəhərində Vaqif Bayramova məxsus mağazalarda, ümumi çəkisi 317 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub. Həmin mallar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.