Ötən həftə «Facebook» sosial şəbəkəsi elan edib ki, istifadəçilərinin sayı 500 milyona çatıb. Amerkalı satirik və jurnalist Patrik Ceyk O'Rurk isə bu rəqəmdən heç təsirlənməyib.
AzadlıqRadiosunun əməkdaşı Lyuk Ollnatta müsahibəsində o, jurnalistikanın gələcəyi barədə ümidli olmaması, «Twitter» haqda fikirləşəndə beynindən keçənlərdən danışıb.
AzadlıqRadiosu: Bu həftə «Facebook» istifadəçilərinin sayı 500 milyona çatdı. Siz də onlardan birisiniz?
P.C. O'Rurk: Xeyr, deyiləm. Bu 500 milyonun kompyuteri var? Məncə, hə.
AzadlıqRadiosu: Ancaq diqqətçəkən rəqəmdir, elə deyil?
P.C. O'Rurk: Ola bilsin hə. Əgər desəydiz ki, ötən həftə 500 milyon adam tualet divarlarında adını sehrli markerlə yazıb, mən bundan da eyni dərəcədə heyrətlənərdim. Ancaq bu heç də yaxşı mənada heyrətlənmə olmazdı.
AzadlıqRadiosu: Siz texnofob kimi tanınırsız. Bu, ədalətsiz deyil? Kompyuteriniz var, İnternetdən istifadə edirsiz?
İNTERNETDƏN ÇOX İSTİFADƏ ETMİRƏM
P.C. O'Rurk: Kompyuterim var. Ancaq İnternetdən çox istifadə etmirəm. Əslində, mən texnofob deyiləm. Bunun mənə elə də köməyi dəymir. Yazı zehni baxımdan ağır və çətin prosesdir. Sözləri ekrana, yaxud səhifəyə fiziki yazmaq elə də kömək etmir. Sizə bir nümunə deyim. Sözləri daşlara həkk eləyən dövrdə On Ehkam (Ten Commandments) yarandı. Lələkli qələm çıxanda, o vaxt ki, gərək həyətdə qazın dalınca qaçardın, qələm yonaydın, mürəkkəb düzəldəydin və s. onda Şekspir dövrü yaşandı. Avtomat qələm çıxanda Henri James dövrü başladı. Makinaçı Cek Keruak dövrü idi. İndi kompyuter və «Facebook» var. İndi cərəyanı görürsüz?
AzadlıqRadiosu: Belə çıxır ki, gələcək elə də işıqlı görünmür. Yazıçılar indidən özlərini günə verməyə başlasınlar?
P.C. O'Rurk: Mən demək istəyirəm ki, sözləri hansısa əbədi formaya salmağın asanlığı və sürəti sözlərin ümumi keyfiyyətinə təsir etmir. Əsl iş gözə görünmür. Mən 40 ildir yazı makinası işlədirəm. Düz səhifəyə yazıram. Kompyuter işlədəndə isə fikrim elədiyimin yanında qalır, control düyməsinin yerinə shifti basıram. Yazıyla problemim çıxanda isə, mənə çox çətin olanda təzədən əlyazmaya qayıdacağam, çünki yazmağa məhz belə başlamışam.
AzadlıqRadiosu: Jurnalistikanın uzunmüddətli gələcəyi barədə nə düşünürsüz? Mən 10-15.000 sözlük jurnal məqalələrini nəzərdə tuturam. Sizcə İnternet onlara təhlükə yaratmır ki?
QISALIQ HƏMİŞƏMİ LAZIMDIR?
P.C. O'Rurk: Məncə, İnternet uzun jurnal materiallarına təhlükə yaradır. Onların bəzilərinə təhlükə lazımdır da. 30-35 il bundan qabaq Uilyam Şon «The New Yorker»i redaktə edirdi. Bu jurnalda buğda haqqında 10.000 sözdən ibarət yazılar olurdu. Yaxud «Granta»da uzun yazılmağa ehtiyac olmayan mövzularda çox böyük yazılar olurdu.
Yığcamlıq yaxşı şeydir. İnternet bizi buna aparır. Ancaq qısalıq həmişəmi lazımdır? «Hərb və Sülh»dən sonuncu 100 səhifəni kəsib atmaq olar. Ancaq 900 səhifə qalmalıdır. «Hərb və Sülh» qısa forma üçün deyil. Bu əsərdən «Twitter»də istifadə eləmək olmaz.
AzadlıqRadiosu: «Twitter» sözünü eşidəndə nə fikirləşirsiz?
P.C. O'Rurk: Kiçik quşların səsini. Mən quşları ovlayıram. Ovçuluqda hərisəm. O balaca quşlardan bircəciyi mənim itimin qabağından uçsa, dərhal tüfəngimə tuş gələcək. Söhbət kiçilir, kiçilir və nəhayət «Twitter» yaranır. Mən buna ehtiyac, yaxud faydasını görmürəm.
AzadlıqRadiosu: Nə vaxtsa «Twitter»dən istifadə etmisiz?
P.C. O'Rurk: Bəzi məlumatları oxumuşam, ancaq özüm istifadə eləməmişəm. Mənim barmaqlarım bu iş üçün çox kobuddur. Mən fikirlərimi hərdənbir gecəyarısı barda başqaları ilə bölüşürəm, səhərlər yadımdan çıxır. Məncə, bura fikirlərin necə gəldi bölüşdürüldüyü yerdir, səhər yaddan çıxacaq.
AzadlıqRadiosu: Sizcə, bloqlaşma jurnalistikada təhlükəli və ziyanlı cərəyandır?
P.C. O'Rurk: Mən bunu bilmirəm. Məncə, bu mənasız cərəyandır. Mənim irlandiyalı xalam bir sözü tez-tez xatırlayırdı. O hərdənbir içirdi ona görə: «Sözlərim, geri qayıt». Məncə, xeyli adam var ki, bloqlarını ləğv eləmək istərdilər.
AzadlıqRadiosu: Ancaq bloqlaşmanın üstünlüyünə dair arqument budur ki, fikirləri şəffaf və obyektiv ifadə eləmək olur.
BLOQ ÇOX XUDPƏSƏND ŞEYDİR
P.C. O'Rurk: Mən bu fikri bölüşmürəm. Məntiqi fikir çətindir, buna vaxt, konsentrasiya lazımdır. Bloq çox xudpəsənd şeydir. Əgər kiminsə fikirlərini oxumaq istrəyirsən, ona bir dənə ilişdir, onda görəcəksən nə fikirləşir. Bloq da yaranacaq, tweet də alacaqsan. Kiminsə bir anda keçirdiyi hissin ifadəsini eşidəcəksən. Bloq yalnız mənim haqqımdadır. Onu oxuyanın yox.
AzadlıqRadiosu: Vətəndaş jurnalistikası barədə nə fikiləşirsiz?
P.C. O'Rurk: Bu, yaxşı şeydir. Xüsusilə də dəhşətli bir hadisə baş verəndə. Vətəndaş jurnalistikasının gücünü belə təsəvvür edək - o vaxt mövcud olsaydı, Holokostun miqyasını azaldardı. Yaxud erməni genosidi, bunda türklərin rolu barədə mübahisə həll olunardı, əlbəttə əgər vətəndaş videomuz olsaydı.
AzadlıqRadiosu: Karyerasını təzə başlayan jurnalistlərə məsləhətiniz varmı?
SƏN CƏMİYYƏTİN MUZDLA VEYLLƏNƏN NÜMAYƏNDƏSİSƏN
P.C. O'Rurk: Bütün gələcək jurnalistlərə məsləhətim budur: buna bir vəzifə, yaxud peşə kimi baxmayın. Bu, bir sənətdir. Jurnalistika sözü aşağı-orta sinif mənşəldir. Mənim böyüdüyüm 1950-ci illərdə - əgər sən fəhlə sinfindən, yaxud aşağı-orta təbəqə övladı idinsə, oxumaq istəyirdin, ancaq səhər yuxudan tez durmaq, ağır şeylər qaldırmaq istəmirdinsə, iki seçimin vardı. Ya qəzet müxbiri ola bilərdin, ya da keşiş. Bunun üçün xüsusi məktəbə getmək lazım deyildi.
Jurnalistika kərpic düzmək kimi çətin bir işdir. Buna bacarıq lazımdır. Təcrübə lazımdır. Ancaq sənin işin hər şeylə maraqlanmaqdır. Səni həmişə polisin sarı zolağından içəri buraxırlar ki, qəzaya uğramış maşına baxasan. Hamı bunu görmək istəyir, ancaq yaxına səni buraxırlar.
Sən geri qayıdıb həqiqəti də deyə bilərsən ki, «çox pis qəza olub. Sürücünün başı ön şüşəyə keçib. Təhlükəsizlik kəmərini həmişə taxmaq lazımdır». Ancaq bu məqamda sənin işin hər şeyi demək deyil. Mən burda oturub Robert Muqabe barədə istədiyimi danışa bilərəm. Zimbabvedə deyiləmsə, bunu asanlıqla edə bilərəm.
İndi çoxu jurnalistikaya dünyanı xilas etmək üçün gəlir. Bunun üçün Sülh Korpusuna getmək lazımdır. Sən cəmiyyətin muzdla veyllənən nümayəndəsisən. Harda nə baş verir, izləyirsən. Təmiz adamsansa, məlumatı olduğu kimi çatdırırsan. Vicdansızsansa, bulvar qəzetində, kabel televiziyasında, yaxud başqa bir yerdə işə düzəlirsən.
/Tərcümə etdi: Arifə Kazımova/

Vətəndaş jurnalistikasının gücünü belə təsəvvür edək - o vaxt mövcud olsaydı, Holokostun miqyasını azaldardı
Ancaq burda başqa məqam da var. Mənim qaynatam FBI agentidir. O, sizə deyə bilər ki, şahidlər kimi etibarsız mənbə yoxdur. Tanıdığınız, boşanmış bir ər-arvad tapın. Hərəsi əhvalatlarını bir cür danışacaq.AzadlıqRadiosu: Karyerasını təzə başlayan jurnalistlərə məsləhətiniz varmı?