Abituriyentlərin problemi həll olundu

İyulun 26-ı səhər saatlarında abituriyentlərin ixtisas seçimində yaranan problem artıq həll olunub.

Bu barədə AzadlıqRadiosuna TQDK-nin mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Belə ki, günün birinci yarısında abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytında onlara verilən ixtisas kodu ilə TQDK-nın rəsmi saytında ixtisas seçimi edə bilməyiblər.

Bəzi abituriyentlər «Abituriyentin elektron ərizəsi»nə «Abituriyent» jurnalındakı ixtisas kodlarını daxil etsələr də, onlara hər dəfə kodların düzgün olmadığı barədə xəbərdarlıq edilib.