Qırğızıstanda ATƏT polisi əleyhinə aksiyalar keçirilir

Bu gün Qırğızıstanın müxtəlif şəhərlərində ölkənin cənubuna ATƏT polisinin gətirilməsi əleyhinə etiraz aksiyaları keçirilir.

Keçən həftə ATƏT Qırğızıstana məsləhətverici polis qrupu göndərilməsi qərarı qəbul edib. Təklifi isə Qırğızıstan hakimiyyəti vermişdi.

52 nəfərdən ibarət həmin polis qüvvəsi Qırğızıstanın cənubunda yerləşdiriləcək. Bu bölgədə keçən ay qırğızlarla etnik özbəklər arasında baş vermiş qanlı toqquşmalarda 300-dən artıq adam həlak olmuşdu.