19 adamın ölümüylə nəticələnmiş festival bir daha keçirilməyəcək

1989-cu ildən Almaniyada keçirilən “ Love Parade” musiqi festivalı bir daha keçirilməyəcək.

Bu barədə bu gün təşkilatçılar bildiriblər.

Dünən Duysburqda keçirilən festival zamanı basabasda 19 nəfər ölüb, 340-a yaxın adam isə xəsarət alıb.

Hadisə konsertin keçirildiyi yerə aparan tuneldə baş verib.

Duysborqun meri Adolf Zayerland bildirib ki, istintaq getdiyindən hələlik kimlərisə ittiham eləmək düzgün deyil.