Basabasda azı 19 adam ölüb

Almaniyanın hakim dairələri Duysburq şəhərində basabasda ölənlərin ailələrinə başsağlığı verib.

Son məlumatlarda azı 19 adamın öldüyü, 300-dən çox adamınsa yaralandığı bildirilir.

Xəsarət alanlardan çoxu ağır vəziyyətdədir.

Basabas musiqi festivalının keçirildiyi keçmiş dəmiryol stansiyasının girəcəyində baş verib.

Vu festival 1989-cu ildən keçirilir.

Polisin məlumatına görə bu ilki tədbirə 1 milyon 400 min adam gəlibmiş.
İstintaq gedir.