Əl Qaidə cavabdehliyi üzərinə götürüb

İraqda fəaliyyət göstərən əl qaidəçilər iyulda 18 adamın ölümüylə nəticələnmiş 2 terror aktına görə cavabdehliyi üzərlərinə götürüblər.

Bu partlayışlardan biri Bağdadın ətrafında, digəri isə ölkənin qərbində-Suriya sərhəddinin yaxınlığında törədilib.

Hər iki hücumda hədəf, yaraqlılardan ayrılaraq hökumətin tərəfinə keçmiş “Saxva” adlı sünni qrupun üzvləri olub.