pİyadanı öldürən sürücü qaçıb

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol hadisəsi baş verib.

Sürücü hadisə yerindən qaçıb.

ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, hadisə iyulun 24-ü saat 02.30 radələrində rayonun Masazır qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Əlibala Rəciyev elə hadisə yerində keçinib.

Abşeron Rayon Polis Şöbəsi əməliyyat-axtarış tədbirləri aparılır.