Qırğızıstan hadisələrini araşdıracaq komissiya avqustda işə başlayır

Qırğızıstanın cənubundakı iğtişaşları araşdıracaq beynəlxalq komissiya avqustda işə başlayacaq.

Komissiyanın rəyi ilin sonunadək bəlli olmalıdır.

Bunu ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kimmo Kilyunen Bişkekdə keçirdiyi mətbuat konfransında deyib.

Bu ilin iyununda Qırğızıstanın cənubunda etnik zəmində baş vermiş toqquşmalarda 300-dən çox adam ölüb.