ABŞ İndoneziya ilə əməkdaşlığı bərpa edir

Birləşmiş Ştatlar 10 illik fasilədən sonra İndoneziya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı bərpa edib.

Bu barədə Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts iyulun 22-də Cakartada İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono ilə görüşdən sonra bildirib.

Birləşmiş Ştatlar İndoneziyanı 1999-cu ildə Şərqi Timorda müstəqilliklə bağlı keşirilmiş referendumdan sonra yerli sakinlərlə amansız rəftarda ittiham edir.

Şərqi Timor 2002-ci ildən müstəqil dövlətdir.

İndoneziyanın 27 illik işğalı dövründə yerli əhalinin təxminən yarısı represiyaların qurbanı olub.