Əfqanıstanın 6 polisin başını kəsiblər

Əfqanıstanın şimalında 6 polisin başını kəsiblər.

NATO-dan bildiriblər ki, iyulun 20-də bir qrup yaraqlı Bağlan vilayətinin dövlət binalarına və polis məntəqəsinə hücum edib. Məntəqəni dağıdıb, polis zabitlərinin isə başını kəsiblər.

Əfqanıstanda zorakılıq halları şiddətlənməkdədir.

Ötən ay bu ölkədə ABŞ və beynəlxalq qüvvələrin 103 hərbçisi ölüb. Onların yarıdan çoxu amerikalılar olub.