Estoniya "İsgəndər" raketlərindən narahatdır

NATO üzvü olan Estoniya Rusiyanın onun sərhədləri yaxınlığında raketlər yerləşdirməsindən narahatdır.

Rusiyanın quru qoşunları komandanı Rostnikov “Exo Moskvı” radiosuna demişdi ki, Sankt-Peterburq yaxınlığında “İsgəndər” raketləri yerləşdirməyi planlaşdırırlar.

Bu, Estoniya sərhədinin 140 kilometrliyindədir.

“İsgəndər” raketləri 400 kilometr uzaqlıqda hədəfləri vura bilir.