AİDS konfransında dünya liderləri tənqid edildi

“Dünya liderləri HİV virusuna yoluxanların və AİDS-li xəstələrin hamısının müalicə olunmasını təmin etmək üçün lazımi siyasi iradə nümayiş etdirmirlər”.

Bunu Beynəlxalq AİDS Cəmiyyətinin rəhbəri Xulio Montaner Avstriyada keçirilən AİDS-2010 beynəlxalq konfransında bildirib.

Montaner deyib ki, Böyük Səkkizlik ölkələri xəstəliyin qarşısının alınması ilə bağlı öz üzərlərinə götürdükləri qlobal öhdəliklərə tam əməl etməyiblər.

Onun fikrincə, bunun acı nəticələri ola bilər.