Oşda ATƏT polisinə etiraz edənlərin mitinqi olub

Bu gün Qırğızıstanın Oş şəhərində ATƏT-in polis qüvvələrinin ölkəyə gətirilməsinə etiraz edən bir qrup adam mitinq keçirib.

ATƏT polisinin ölkəyə gətirilməsi təklifi ilə Qırğızıstan prezidenti Roza Otunbayeva çıxış edib.

Keçən ay Oş şəhərində etnik özbəklərlə qırğızlar arasında baş verən qanlı toqquşmalar nəticəsində yüzlərlə adam həlak olmuşdu.