Hindistanda iki qatar toqquşub, 55 nəfər ölüb

Hindistanın şərqində, Kəlküttə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 55-ə çatıb. Yüzə yaxın adam yaralanıb.

Toqquşma sürət qatarının dayanmış qatara çırpılması nəticəsində baş verib. Hadisə yerində xilasedicilər işlərini davam etdirir.