Yol qəzasında 8 sərnişin ölüb

Tsxinvali-Vladiqafqaz yolunda avtobusun uçurumdan düşməsi nəticəsində 8 sərnişin ölüb,16-sı isə yaralanıb.

Avtobusda cəmi 25 adam olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəza Cənubi Osetiya ərazisində baş verib.