Qazaxıstan ATƏT ölkələrini Qırğızıstana polis göndərməyə çağırıb

Qazaxıstan ATƏT-in sədri kimi, təşkilata üzv olan ölkələri Qırğızıstanın cənubuna polis missiyası göndərilməsini dəstəkləməyə çağırıb.

Bu məsələ ATƏT ölkələri xarici işlər nazirlərinin Almatıda keçirilən qeyri-rəsmi görüşündə müzakirə olunur.

Qırğızıstanın cənubuna 52 nəfərlik polis missiyası göndərilməsi nəzərdə tutulub.

Bu yaxınlarda ölkənin cənubunda baş vermiş toqquşmalarda 300-dək adam ölüb.