Klinton İrandakı partlayışı kəskin pisləyib

ABŞ-ın dövlət katibi Hillari Klinton İranda bir məsciddə törədilən və 20-dən artıq insanın ölümünə səbəb olan partlayışı kəskin pisləyib. O, bu terror aktını törədənləri tapıb məsuliyyətə cəlb etməyə çağırıb.

İranın cənub-şərqindəki Zahedan şəhərində törədilmiş partlayışa görə məsuliyyəti Cundullah qruplaşması üstünə götürüb. Qruplaşmanın internet saytında yerləşdirilmiş məlumata görə, bu akt Cundullahın lideri Əbdülmalik Riqinin İranda edamın olunmasına cavabdır.