Beşiktaş heç vaxt Raulla maraqlanmayıb

Türkiyənin Beşiktaş klubu “Real Madrid”in ulduzlarından biri Raul ilə maraqlanmadığını bəyan edib.

ANS-in məlumatına görə klubun mətbuat katibi Mete Düren bu barədə dolaşan söz-söhbətlərin əsassız olduğunu bildirib.

O qeyd edib ki, transferlə bağlı “Real Madrid”in digər oyunçusu Quti ilə danışıqlar aparılsa da, hələlik razılşama imzalanmayıb.

Raula gəldikdə isə Beşiktaş heç vaxt onunla maraqlanmayıb.