Fransa parlamenti çadranı müzakirə edəcək

Bu gün Fransa parlamenti ictimai yerlərdə çadranı qadağan edən qanunu müzakirə edəcək.

Qanun layihəsinin tərəfdarları deyilər ki, çadra Fransanın dünyəvi dəyərlərinə zidd və təhlükəsizliyə potensial təhdiddir. Onların opponentləri isə bunu insan hüquqlarının pozuntusu və Konstitusiyaya zidd addım sayırlar.

Qanun qəbul olunsa çadra ilə gəzən şəxs 150 avro cərimələnəcək.