İnquşetiyada hərbçilər atəşə tutulub

İnquşetiyada hərbi maşın karvanının atəşə tutulması nəticə 4 hərbçi yaralanıb. Yerli hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hərbi maşın dünən axşam Nazran rayonunun Ali-Yurt kəndində atəşə tutulub. Hərbçilər xüsusi əməliyyatdan qayıdırmış.

Hərbçilər cavab atəşi açsa da silahlılar qaçıb gizlənə biliblər.

Hadisə ilə bağlı istintaq başlayıb.