Azərbaycanda bir gündə 10 nəfər suda boğulub

Boğulma faktlarının ikisi Zağulba və Novxanı çimərliklərində, digərləri bölgələrdə qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yaydığı məlumata görə,
iyulun 11-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində 3 nəfər Privolnoye kənd sakini su anbarında çimərkən boğularaq ölüb.

İyulun 11-də Nabran qəsəbəsindəki çimərlikdə də ölüm hadisəsi baş verib. Qəsəbə sakini Rəşad Məmmədov suda boğulub. Daha bir suda boğulma faktı Yevlax rayonundakı 11-ci Buxta adlanan ərazidə baş verib.

Həmin gün İmişli rayonunun Çaxırlı kəndi ərazisində, rayon sakini Samir Hüseynov göldə çimərkən, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini Yaşar Səfərov «Şirvan» su kanalında, Samux rayonunun Yenikənd kəndi ərazisində Gəncə şəhər sakini Elşən Həsənov Kür çayında, Binə qəsəbə sakini Xəyal Əzizov Xəzər rayonundakı Zağulba çimərliyində, Sumqayıt şəhər sakini Azad Mikayılov Binəqədi rayonundakı Novxanı çimərliyində çimərkən boğulublar.