İki partlayışda 102 adam ölüb

Son məlumatlara görə Pakistanda törədilmiş iki partlayışda azı 102 adam ölüb, 115 nəfərsə yaralanıb.

Hücum ölkənin şimal-qərbində, əsasən köçərilərin yaşadığı kəntdəki hökumət binasında törədilib.

Güman edilir ki, hədəf polislə talibançılara qarşı mübarizəni müzakirə edən qəbilə başçıları olub.