AMİP-in qurultayı keçirilir

Bakıda Azərbaycan Milli Istiqlal Partiyasının X Qurultayı keçirilir.

Partiyanın qurultaya hazırlıq üzrə təskilat komitəsinin sədri Arzuxan Əlizadə, 64 rayon təskilatından 237 nümayəndə seçildiyini və onlardan 201-nin qurultaya qatıldığını deyir.

Qurultayda AMIP-in ötən dövrdəki fəaliyyəti ilə bağlı bas katib Fuad Muxtarovun məruzəsi, partiya lideri Etibar Məmmədovun çıxışı, yeni sədr və Mərkəzi
Sura üzvlərinin seçilməsi nəzərdə tutulub.

AMİP 2007-ci ildən sədrsiz fəaliyyət göstərir.

Qurultayda partiyanın bu il keçiriləcək parlament seçkilərində istirakı ilə bağlı qərar qəbul ediləcəyi də gözlənilir.

Qurultay günün sonunadək davam edəcək.