Pakistanda partlayışda 45 nəfər ölüb

Pakistanın Mohmand regionunda partlayış zamanı azı 45 nəfər ölüb, 100-ə yaxın yaralanan olub.

Hadisə Əfqanıstanla həmsərhəd ərazidə baş verib. Kamikadze yerli hökumət idarəsinin yaxınlığında partlayıcını işə salıb.

Mohmand Taliban və Əl-Qaidə yaraqlılarının gizləndiyi regionlardan hesab olunur.

Son illər Pakistan ordusu Mohmandda yaraqlılara qarşı əməliyyatlar aparsa da, ərazini təmizləməyə müvəffəq ola bilməyiblər.