Çində kömür şaxtasında partlayış olub, ölən və yaralananlar var

Çinin Henan əyalətində kömür şaxtasında baş verən partlayışda azı 4 nəfər ölüb.

Sinxua agentliyinin məlumatına görə partlayışda 34 nəfər yaralanıb.

Hadisə şaxtanın yaxınlığında yerüstü tikililərdə baş verib. Hadisə yerində xilasetmə işləri davam edir.