Britaniya qoşunları Əfqanıstanın cənubundan çıxır

Bu ilin sonuna qədər Britaniya qoşunları Əfqanıstanın cənubundakı Hilmənd əyalətinin Sangin rayonundan çıxarılacaq.

Britaniyanın müdafiə naziri Layem Foks deyib ki, ərazinin təhlükəsizliyinə görə cavabdehlik Amerika hərbçilərinə təhvil veriləcək.

9 il ərzində Sangin rayonundakı hərbi əməliyyatlarda Britaniya 99 hərbçisini itirib.